600 min vətəndaşa əlavə 120 milyona yaxın vəsait ayrılacaq – Nazir müavini

11:54 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. Pandemiya ili ağır oldu və ilin əvvəlində hökumət tərəfindən sosial sahəyə dair xüsusi paket qəbul olunub.

ABC.AZ-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O qeyd edib ki, bu, ümumilikdə 12 sosial tədbiri özündə ehtiva edirdi.

Nazir müavininin sözlərinə görə, bu məqsədlə ilkin olaraq 600 milyon manat ayrılmışdı: “Bu, çox geniş miqyaslı paket oldu və ölkənin təqribən 48 faizini əhatə edib. Yenidən gəlir yerlərini itirmiş 600 min vətəndaşa əlavə olaraq 120 milyona yaxın vəsait ayrılacaq ki, onlara birdəfəlik müavinətlər ödənilsin”.