11:33 - 23.12.2020
23 dekabr, Fineko/abc.az. Dekabrın 22-də postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1 360 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.
Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 626 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
"Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk", - DİN-dən bildirilib.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026