Daha 19 koronavirus xəstəsinə cinayət işi açıldı – Qaydaları pozublar

10:36 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. Dünən ölkədə 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, dekabrın 22-də respublika ərazisində 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

19 nəfər barəsində isə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.