Bu platformada problem yaranıb

15:27 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. “Instagram” sosial şəbəkəsinin xidmətində problemlər yaranıb.

ABC.AZ xəbər verir ki, sözügedən platforma istifadəçiləri videolara baxmaq istəyərkən avtomatik sosial şəbəkədən çıxır.

Problemin hansı səbəbdən qaynaqlandığı hələlik məlum deyil.