Onlar da "YAŞAT" Fonduna biganə qalmadı

12:23 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri, "Elektron Hökumətin İnkişafı Mərkəzi", "İnnovasiyalar Mərkəzi", "ABAD" publik hüquqi şəxsi və "ASAN Radio" tərəfindən "YAŞAT" Fonduna 200 min manat məbləğində vəsait köçürülməsi qərara alınıb.

ABC.AZ xəbər verir ki, bu vəsait Dövlət Agentliyi əməkdaşlarının təşəbbüsü əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.

Xatırladaq ki, "YAŞAT" Fondu prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.