12:14 - 18.12.2020
18 dekabr, Fineko/abc.az. Evdən çıxan daha 33 “COVID-19” xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, dekabrın 17-də respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 33 aktiv “COVID-19” xəstəsi müəyyən olunaraq saxlanılıb.
Onlardan 29 nəfər tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar, 4 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib. 22 nəfər barəsində cinayət qanunvericiliyinə uyğun olaraq cinayət işi başlanılıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026