10:16 - 18.12.2020
18 dekabr, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyət geniş dezinfeksiya ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
ABC.AZ-ın məlumatına görə, Covid-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabr ayının 19-da Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026