Postlardan bir gündə 1607 avtonəqliyyat vasitəsi geri qaytarılıb

11:51 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Dekabrın 16-da postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 1607 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2646 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

“Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan bir daha tətbiq edilən izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını xahiş edirik”, - deyə açıqlamada vurğulanıb.