15:56 - 16.12.2020
16 dekabr, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də dekabr ayının pensiyaları ödənilib.
Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları bu ayın 9-da ödənilib.
Yaxın günlərdə dekabr ayı üzrə sosial müavinət və təqaüdlər, ünvanlı sosial yardımlar da ödəniləcək.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026