Toy edən şəxslər cərimələndi – Yevlaxda

14:30 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. Yevlaxda toy məclisi təşkil edənlər müəyyən edilib.

DİN Mətbuat Xidmətindən ABC.AZ-a verilən məlumata görə, Yevlaxda Marzılı və Hacı Mahmudlu kəndlərində fərdi yaşayış evlərində toy məclisi təşkil edən şəxslər müəyyən ediliblər.

Xüsusi karantin rejimi qaydalarını pozan toy məclislərinin təşkilatçıları olan 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.