11:18 - 16.12.2020
16 dekabr, Fineko/abc.az. Dünən evdən çıxan 49 nəfər COVID-19 xəstəsi aşkar olunaraq geri qaytarılıb.
Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, dekabrın 15-də respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.
Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026