10:44 - 21.02.2018
21 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev istehlakçıların sayğaclarla təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, məhəllədaxili, binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və məişət su sayğaclarının quraşdırılması məqsədi ilə, 2018-ci il dövlət büdcəsinin investisiya xərclərindən “Azərsu” ASC-nə 15 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə, bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə digər məsələləri həll etmək həvalə edilib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026