15:53 - 15.12.2020
15 dekabr, Fineko/abc.az. İri şəhərlərlə yanaşı bölgələrdə də xidmətə cəlb olunan polis və daxili qoşunların hərbi qulluqçuları tərəfindən karantin qaydalarına əməl olunmasına nəzarət daha da gücləndirilib.
DİN Mətbuat Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, müvafiq icazələri olmadan yaşayış yerini tərk edən şəxslər təyin edilən postlarla yanaşı polis və hərbi qulluqçulardan ibarət mobil qruplar vasitəsi ilə də müəyyən edilir.
Həmin şəxslər polisin xəbərdarlıqlarına əməl etmədikləri təqdirdə barələrində yerindəcə inzibati protokollar tərtib olunur.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026