Türkiyədə mənzil alan azərbaycanlılar artıb – Hesabat

11:29 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. 2020-ci ilin noyabr ayında azərbaycanlılar Türkiyədə 104 mənzil alıblar.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Statistika Komitəsi yayıb.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin noyabr ayında azərbaycanlılar Türkiyədə 91 mənzil almışdılar. 2020-ci ilin yanvar-noyabr dövründə isə azərbaycanlılar Türkiyədə 1124 mənzil alıblar. 2019-cu ilin eyni dövründə bu say 1045 idi.

Qeyd edək ki, azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 11-ci yerdədir.

Müəllif: Elmir Murad