11:24 - 15.12.2020
15 dekabr, Fineko/abc.az. Baş Dövlət Yol Polisi İdarəsi icazəsi olmadığı halda giriş-çıxış məhdudlaşdırılan ərazilərə daxil olmağa çalışan sürücülərin sayını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, 14.12.2020-ci il saat 08:00-dan 15.12.2020-ci il 08:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 18-i rayon, 21-i paytaxt istiqamətinə olmaqla 39, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 26-sı rayon, 32-si paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 68-i rayon, 38-i paytaxt istiqamətinə olmaqla 106 avtomobil geri qaytarılıb.
Ümumilikdə 203 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
10 Avqust 2026
10 Avqust 2026
7 Avqust 2026