Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı – Qaydaları pozub

10:05 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Zərdab rayonunda evdən çıxan COVID-19 xəstəsi ilə bağlı cinayət işi başlanılıb.

ABC.AZ-ın məlumatına görə, rayon sakini Məlikov Ceyhun Hamlet oğlunun test analizi pozitiv olsa da yaşadığı evi qanunsuz tərk etməklə yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab rayon Polis Şöbəsinə göndərilib.