Bakıda polis postları fəaliyyətə başladı – İcazələri yoxlayırlar

11:53 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Sərt karantin rejimi çərçivəsində Bakıda icazələrin yoxlanılması üçün postlar qurulub.

ABC.AZ-ın məlumatına görə, artıq küçələrdə yol polis postları quraşdırılıb və onlar icazələrinin olub-olmadığını yoxlayır.

Bundan başqa, şəhərin küçə və prospektlərində, digər ictimai yerlərdə daxili qoşunlar və polis əməkdaşlarından ibarət piyada naryadları xidmət apararaq evini tərk edən vətəndaşların icazə sistemində adının olub-olmamasını və ya SMS icazəsini kontrol edirlər.