10:15 - 14.12.2020
14 dekabr, Fineko/abc.az. Neftçala rayonunda evdən çıxan koronavirus xəstəsi ilə bağlı cinayət işi başlanılıb.
ABC.AZ-ın məlumatına görə, rayon sakini 1995-ci il təvəllüdlü Qasımov Elşən Fərman oğlu karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Neftçala rayon Polis Şöbəsinə göndərilib.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026