10:05 - 14.12.2020
14 dekabr, Fineko/abc.az. Bu gündən 2021-ci il 18 yanvar saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə verilir.
ABC.AZ-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026