12:27 - 11.12.2020
11 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisin plenar iclası keçirilib.
ABC.AZ-ın məlumatına görə, iclasda Əmək Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Məcəlləyə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.
Layihəyə əsasən, 8 noyabr - Zəfər günü bayram günlərinin siyahısına əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.
"Hər il sentyabrın 27-si işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir" deyə deputat bildirib.
Müzakirələrdən sonra Məcəlləyə dəyişiklik layihəsi I xonuşda qəbul edilib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026