Bakıda toya cəhd edənlər bölməyə aparıldı – 60-a yaxın saxlanılan var

16:32 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Bakıda restoranların birində toy mərasimi keçirmək istəyənlər saxlanılıb.

ABC.AZ-ın məlumatına görə, Suraxanı rayonundakı “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısı polis tərəfindən alınıb.

Toy mərasiminin təşkilatçıları və ümumilikdə 60-ya yaxın şəxs saxlanılaraq 31-ci Polis Bölməsinə gətiriliblər.

Hazırda saxlanılanlar barədə qanunauyğun olaraq tədbir görülür.