16:22 - 9.12.2020
9 dekabr, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup fəaliyyətə başlayıb.
Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, ilk növbədə şəhid ailələrinin sosial vəziyyətləri öyrənilir, ehtiyac duyduqları sosial dəstək istiqamətləri müəyyən edilir, yaranan sosial təminat hüquqları izah olunur.
İşçi qrupun yaradılmasında əsas məqsəd şəhid ailələri və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsidir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026