16:08 - 9.12.2020
9 dekabr, Fineko/abc.az. Avtomobil nəqliyyatı vasitələrinin fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilib.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, sosial sığorta haqqının məbləğinə sözügedən nəqliyyat vasitələrinin fəaliyyət göstərdiyi ərazi üzrə əmsal tətbiq etməklə ödəməli olduqları aylıq sosial sığorta haqqı müəyyən edilib.
Belə ki, aylıq sosial sığorta haqqı Bakı şəhərində 2 əmsal, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 əmsal, digər şəhər və rayonlarda 1əmsal təşkil edir.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026