Artıq hər birimizin yaxınında yoluxanlar var – Hikmət Hacıyev

16:13 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Operativ Qərərgahda brifinq keçirilib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə Prezidentin  köməkçisi Hikmət Hacıyev artıq hər birimizin yaxınında yoluxanların olmasını deyib.

O qeyd edib ki, sosial şəbəkələrdən görünür ki, yaxınlarımızın qohumları arasında artıq koronavirusdan vəfat edənlər var: “Bu istiqamətdə olan tendensiyalar və koronavirusun yayılması sürətini nəzərə alaraq karantin rejiminin sərtləşdirilməsinə qərar verilib. 

Hazırda koronavirusdan aktiv xəstələrin sayı 56 mindən çoxdur. Bunlardan 48 mini evdə, 8 mini xəstəxanada müalicə olunur”.