Onlar xidməti vısiqə ilə rahat hərəkət edə biləcək – Siyahı

15:49 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi dekabrın 14-dən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiqi ediləcək.

ABC.AZ xəbər verir ki, sərt karantin dövründə Prezidentin Administrasiyasının, Prezidentin İşlər İdarəsinin, Xüsusi Tibb Xidmətinin, Təhlükəsizlik Şurası Katibinin Xidmətinin, Nazirlər Kabineti Aparatının və  Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşlarının,

Milli Məclisinin deputatları və Aparatının əməkdaşları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında), İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Aparatının əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında), dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri, Xarici İşlər Nazirliyinin əməkdaşları,  hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları, habelə onların yerli heyəti, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları xidməti vəsiqələrlə hərəkət edə biləcək.