Sərt karantin rejimi bərpa olunur – Bu tarixdən

14:45 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə karantin rejiminin sərtləşdirilməsi barədə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, məlumatda Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verildiyi açıqlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılır, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Müəllif: Elmir Murad