Bu şəhər və rayonlara giriş-çıxış dayandırılır – Siyahı

14:47 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə giriş-çıxış dayandırılır.

ABC.AZ-ın məlumatına görə, bu barədə Operativ Qərərgahdan bildirilib.

Qeyd edilir ki, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisnadır.