YAŞAT Fondu bu işlərlə məşğul olacaq – Detallar

11:46 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. “YAŞAT” Fondunun vəsaitləri şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması istiqamətində də istifadə olunacaq.

ABC.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda əksini tapıb.

Qaydalar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.