Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı – Qaydaları pozub

10:51 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. Göyçay rayon sakini Məmmədov Xası Sabirşad oğlunun “Covid-19” xəstəsi olmasına baxmayaraq evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Göyçay rayon prokurorluğundan ABC.AZ-a verilən məlumata görə, faktla bağlı Göyçay rayon prokurorluğunda cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Göyçay rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.