Hər il bu tarixdə şəhidlərin xatirəsi yad ediləcək – Təklif Milli Məclisə göndərilib

17:32 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn formatda iclası  keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda bir sıra dəyişikliklər müzakirə edilib.

Belə ki, Əmək Məcəlləsinə yeni - 106.1-ci  maddə əlavə  edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad  edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir. Qanun layihəsi yekdilliklə Milli Məclisin plenar iclasında baxılmaq  üçün  tövsiyə edilib.

Müəllif: Elmir Murad