11:31 - 7.12.2020
7 dekabr, Fineko/abc.az. Hazırda Azərbaycanda 3.7 milyondan çox aktiv İnstagram istifadəçisi var.
ABC.AZ-ın məlumatına görə, 2016-cı ilin oktyabr ayında Azərbaycanda İnstagram istifadəçilərinin sayı 1 milyonu keçmişdi.
2017-ci ilin fevral ayında isə ilk dəfə Instagram Azərbaycanda aktiv istifadəçi sayına görə Facebooku qabaqlamışdı.
Hazırda Instagram-da olan aktiv istifadə sayı Facebook-la müqayisədə iki dəfədən də çoxdur. Facebook platformasının verdiyi göstəricilərə əsasən 2020-ci ilin dekabr ayında Azərbaycanda 3.7 milyon aktiv Instagram istifadəçisi, 1.5 milyon Facebook istifadəçisi var.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026