10:44 - 7.12.2020
7 dekabr, Fineko/abc.az. Azərbaycanda Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.
ABC.AZ-ın məlumatına görə, bu barədə qanun layihələri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Əmək Məcəlləsinə təklif edilən dəyişiklikə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq. Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026