Sakinlərlə təmasda olan koronavirus xəstəsinə cinayət işi açıldı - İstintaq davam etdirilir

10:08 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. Siyəzən rayon sakini 1983-cü il təvəllüdlü Alıyeva Rüfanə İzahətdin qızında “Covid-19” virusu olduğu halda, 04.12.2020-ci il tarixdə rayon ərazisində sakinlərlə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

ABC.AZ-ın məlumatına görə, faktla bağlı Siyəzən rayon prokurorluğunda cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Siyəzən rayon Polis Şöbəsinə göndərilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.