15:15 - 1.12.2020
1 dekabr, Fineko/abc.az. Ermənistanda itkin düşən əsgərlərin valideyinlərinin aksiyaları hər gün daha da artır.
ABC.AZ-ın məlumatına görə, valideyinlər Üçmiədzin şəhərində hərbi hissənin qarşısına toplaşaraq əsirləri geri qaytarmağı və itkin düşənləri tapmağı tələb ediblər.
Valideyinlər Ermənistan rəhbərliyini fəaliyyətsizlikdə ittiham ediblər.
Bəzi hərbçilərin yaxınları isə hələ oktyabr ayında şiddətli döyüşlərin getdiyi Zəngilən bölgəsində əsgərlərin mühasirəyə düşdüyünü bildiriblər.
Qeyd olunub ki, həmin qrupdan yalnız 34 nəfər mühasirədən çıxa bilib. İtkin düşən hərbçilərin anaları bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüyünü bildirsə də bunun heç bir faydası olmadığını vurğulayıb.
8 Avqust 2026
8 Avqust 2026