12:37 - 27.11.2020
27 noyabr, Fineko/abc.az. Baş Dövlət Yol Polisi (DYP) İdarəsi istifadəsində olan nəqliyyat vasitəsini texniki baxışdan keçirməmiş və ya bu barədə SMS məlumat almış sürücülərə bir daha müraciət edib
İdarədən ABC.AZ-a verilən məlumata görə, hüquqi və fiziki şəxslər nəqliyyyat vasitələrini texniki baxışdan keçirmək üçün həftənin şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz xidmət göstərən paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən Texniki Müayinə Mərkəzlərinə, habelə respublikanın digər şəhər və rayonlarında yerləşən Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə müraciət edə bilərlər.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026