Vətən Müharibəsində qalib gəldik, koronavirusa da qalib gəlməliyik – Hikmət Hacıyev

15:04 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Biz tibb personalının yaralı əsgərlərin müalicəsinə cəlb olunduğunu nəzərə alaraq Vətən Müharibəsinə öz töhfəmizi vermək üçün karantin qaydalarına əməl etməliyik.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, hərbçilər arasında kütləvi yoluxma qeydə alınmayıb.

“Çağırışçıların hər biri testdən keçirilir ki, koronavirus ordu sıralarına daşınmasın. Yaralı əsgərlərin koronavirusa yoluxmaması üçün bütün lazımi tədbirlər görülür. Biz Vətən Müharibəsində qalib gəldik, koronavirusa da qalib gəlməliyik" - deyə H. Hacıyev qeyd edib.