15:41 - 15.02.2018
15 fevral, Fineko/abc.az. Bakıda “Cənub Qaz Dəhlizi” layihəsi üzrə Məşvərət Şurasının 4-cü iclası keçirilib.
İclasda Türkiyənin enerji və təbii Sərvətlər Naziri Berat Albayrak bildirib ki, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) istismara verilməsi 2018-ci ilin iyul ayında həyata keçiriləcək.
Azərbaycan prezidenti İlham Əliyevlə daha öncə keçirilmiş görüş zamanı Türkiyəli nazir bildirmişdir ki, 2018-ci ilin yanvar ayında TANAP boru kəmərinin sınaqdan keçirilməsi prosesi başlanacaq.
TANAP üzrə Azərbaycan qazının Türkiyəyə tədarük edilməsi 2018-ci ilin sonundan başlanacaq.
Birinci il Türkiyəyə qaz tədarükünün həcmi 2 milyard kubmetr, ikinci il 4 milyard kubmetr, üçüncü il isə 6 milyard kubmetr təşkil edəcək.
27 İyul 2026