16:52 - 17.11.2020
17 noyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə daha 4 rayonda 26 fərdi yaşayış evi təqdim edilib.
Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, tədbirdə 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulduğu və onlardan artıq böyük əksəriyyətinin sahiblərinə təqdim edildiyi vurğulanıb.
Bu proses qarşıdakı günlərdə də davam edəcək.