15:46 - 16.11.2020
16 noyabr, Fineko/abc.az. Ermənistanda indi də itkin düşən əsgərlərin valideynləri aksiyaya başlayıb.
ABC.AZ-ın məlumatına görə, aksiyaçılar Ermənistanın Müdafiə Nazirliyinin qarşısına toplaşaraq övladlarını tələb edir.
Aksiyada “Uşaqlarımız haradadır?”, “Uşaqlarımızı geri qaytarın!”, “Niyə onların adları siyahıda yoxdur?” kimi şüarlar səsləndirilir. Aksiyanın böyüyəcəyini ehtinal edən polislər Müdafiə Nazirliyinin inzibati binasının girişini bağlayıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026