12:33 - 16.11.2020
16 noyabr, Fineko/abc.az. Türkiyədə mənzil alan əcnəbilərin statistikası açıqlanıb.
ABC.AZ xəbər verir ki, bununla bağlı hesabat tipli açıqlamanı Türkiyə Statistika Komitəsi yayıb.
Hesabata əsasən, 2020-ci ilin oktyabr ayında azərbaycanlılar Türkiyədə 137 mənzil alıblar. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin eyni dövründə soydaşlarımız qardaş ölkədən 125 mənzil almışdılar.
Bu ilin 10 ayında isə azərbaycanlılar Türkiyədə 1020 mənzil alıblar. Bu 2019-cu ilin eyni dövründəkindən 66 mənzil çoxdur. Belə ki, ötən ilin 10 ayında soydaşlarımız Türkiyədə 954 mənzil almışdı.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026