17:00 - 13.11.2020
13 noyabr, Fineko/abc.az. Bu gün Milli Məclisin İntizam komissiyası tərəfindən töhmət verilən millət vəkili Könül Nurullayeva bu məsələ ilə bağlı açıqlama yayıb və soydaşlarımızdan üzr istəyib.
ABC.AZ xəbər verir ki, açıqlamada deputat bir neçə gün əvvəl Türkiyənin “TV Net” kanalına açıqlamasında zəif internet bağlantısı səbəbindən Ermənistanın təzminat ödəməsi ilə bağlı suala cavab olaraq, fikrini sona qədər çatdıra bilməyib.
“Bu vəziyyətdən yaranmış olan anlaşılmazlığa görə soydaşlarımızdan üzr istəyirəm" deyə deputat qeyd edib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026