10:18 - 13.11.2020
13 noyabr, Fineko/abc.az. Bir sıra ölkələrdə “YouTube” video-hostinqinin fəaliyyətində problemlər yaranıb.
ABC.AZ xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" servisinin məlumatında deyilir.
Şikayətçilər ən çox videoya baxışda, saytın fəliyyətində və video-çarxların yüklənməsində problem yaşayırlar.
"Youtube" işindən daha çox ABŞ, Avstraliya, Malaziya, Yaponiya və Rusiyadan olan istifadəçilər şikayətlənirlər.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026