15:38 - 11.11.2020
11 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində Ukraynadan Azərbaycana 28,7 mln ABŞ dolları dəyərində vəsait göndərilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Mərkəzi Bankının hesabatında deyilir.
Qeyd olunub ki, bu, bu ilin 9 ayında Ukraynadan göndərilən ümumi vəsaitin 5 %-ni təşkil edir.
Ümumilikdə isə bu ilin yanvar-sentyabr ayları ərzində Ukraynadan göndərilən pul vəsaitinin həcmi 575 mln ABŞ dolları təşkil edib.
Bu da ölkəyə göndərilən vəsaitdən 14,7 dəfə azdır. Bu ilin 9 ayında müxtəlif xarici ölkələrdən Ukraynaya 8,48 mlrd ABŞ dolları dəyərində vəsait göndərilib.