15:48 - 6.11.2020
6 noyabr, Fineko/abc.az. Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində iqtisadiyyat nazirliyi tərəfindən muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.
ABC.AZ-ın məlumatına görə, bu Nazirlər Kabinetinin adıçəkilən şəhər və rayonlarda karantin qaydalarının sərtləşdirilməsi barədə qərarında qeyd olunub.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026