Azərbaycandakı mehmanxalarda ən çox bu ölkələrin vətəndaşları qalıb – Siyahı

15:26 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 78,8% azalaraq 370,5 min olub.

ABC.AZ xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin yanvar-sentyabr ayları üzrə açıqladığı hesabatda öz əksini tapıb.

Açıqlanan rəqəmlər ümumi gecələmələrin 46%-ni təşkil edir. Gecələmələrin 15,2%-i Rusiya, 10,4%-i Səudiyyə Ərəbistanı, 10,3%-i BƏƏ, 7,3%-i Türkiyə, 6,1%-i Hindistan, 6%-i Böyük Britaniya, 4,6%-i Küveyt, 3,2%-i İsrail, 3,1%-i İran, 2,2%-i ABŞ, 1,8%-i Qətər, 1,7%-i Almaniya, 1,6%-i İraq, 1,5%-i İtaliya, 1,4%-i Pakistan, 1,4%-i Qazaxıstan, 1,3%-i Ukrayna, 1%-i Gürcüstan, 1%-i Belarus, 18,9%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Müəllif: Elmir Murad