17:04 - 20.10.2020
20 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan ixrac olunan şəkərin həcmi məlum oıub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 9 ayda Azərbaycan 29 276,85 ton şəkər ixrac edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 45,2% azdır.
2020-ci ilin doqquz ayında 12 milyon 372,10 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 46,6% azdır.
Müəllif: Elmir Murad