15:18 - 15.10.2020
15 oktyabr, Fineko/abc.az. Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirilərkən həmin ərazini qəsdən ağır artilleriyadan intensiv atəşə tutuublar.
Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, nəticədə həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026