İnşaat və tikinti sektoruna kredit qoyuluşları 2,6 milyard manatı keçib

10:08 - 5.10.2026


5 oktyabr, Fineko/abc.az. 2026-cı ilin avqust ayının sonuna olan rəsmi statistikaya əsasən, real sektorun inşaat və tikinti sektoruna yönəldilən cəmi kredit portfeli (bank və qeyri-bank kredit təşkilatları üzrə) 2 milyard 619,7 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin iyul ayında bu sektora ayrılmış cəmi kreditlərin həcmi 2 milyard 561,4 milyon manat (2 milyard 106,6 milyon manat bank, 454,8 milyon manat qeyri-bank) olduğu halda, avqust ayında portfel 58,3 milyon manat və ya 2.3% artaraq müvafiq göstəriciyə çatıb.

Avqust ayının yekunlarına görə, qeyd olunan həcmin 2 milyard 164,9 milyon manatı bankların, 454,8 milyon manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə də sektorda əhəmiyyətli artım müşahidə olunub. Belə ki, 2025-ci ilin avqust ayının sonunda inşaat və tikinti sektoruna ayrılan cəmi kredit portfeli 1 milyard 814,6 milyon manat (1 milyard 209,7 milyon manat bank, 604,9 milyon manat qeyri-bank) səviyyəsində idi ki, bu da son bir il ərzində 805,1 milyon manatlıq və ya 44.4%-lik artım deməkdir.

İllik dinamikada əsas yüksəliş bank kreditləri hesabına baş verib; bankların tikinti sektoruna ayırdığı vəsait 1 milyard 209,7 milyon manatdan 2 milyard 164,9 milyon manata yüksəldiyi halda, qeyri-bank kredit təşkilatlarının portfeli 604,9 milyon manatdan 454,8 milyon manata geriləyib.