10:48 - 15.10.2020
Oktyabrın 19-dan X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər.
Təhsil Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bu növbəti müddətdə COVID-19 pandemiyasının yayılması ilə bağlı məlumatlar təhlil olunaraq tədris prosesinin gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, nazirlik tərəfindən ümumi təhsil müəssisələrində COVID-19 yoluxmalarının monitorinqi gündəlik əsasda aparılır və müvafiq qurumların məlumatları əsasında bu günə qədər ölkə üzrə 55 sinif və 30 təhsil müəssisəsi distant tədrisə keçirilib.
Müəllif: Elmir Murad
30 İyul 2026
29 İyul 2026