Səkkiz ayda Azərbaycana 121 480,7 min dollarlıq mobil qurğu gətirilib - Hesabat

11:56 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-avqust aylarında ölkəyə gətirilmiş mobil telefon və mobil qurğuların həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə ümumilikdə ölkəyə 917 536 ədəd mobil qurğu idxal olunub.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə  8% artım deməkdir.

Bu ilin səkkiz ayında idxal olunan məhsulların dəyəri 121 480,7 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-avqust aylarının göstəricisini 21,5% üstələyir.

Müəllif: Elmir Murad